Kənd təsərrüfatı Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi həyatın aparıcı sahələrindən biri hesab olunur. Çünki muxtar respublikada mövcud olan əlverişli təbii mühit, əhalinin bu sahəyə marağının olması və göstərilən dövlət dəstəyi aqrar sektorun inkişafına cidd təkan verir.
Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında ixtisaslı kadr hazırlığının diqqətdə saxlanılması, ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, peşə kurslarının təşkili yeni vəzifələr kimi müəyyənləşdirilib.
Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda bu il də təşkil edilən bayram yarmarkasına 20 sənaye müəssisəsi, 181 ailə təsərrüfatı tərəfindən keyfiyyətli məhsullar çıxarılıb. Yarmarkaya çıxarılan mövsümi səbzə-tərəvəz, ət və ət məhsulları, şirniyyat, mineral sular, meyvə araqları və şərablar, hinduşka, qaz, ördək, toyuq əti, balıq, quru meyvələr, təbii şirələr, və digər məhsullar çeşidi və keyfiyyəti ilə seçilir.
Hər il martın 15-i ölkəmizdə “Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd olunur.
İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərimizin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür.
Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə öz növbəsində muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, sahibkalar və ailə təsərrüfatçıları üçün güzəştli kredit imkanları da yaradılmışdır.
Naxçıvan şəhəri, Xətai küçəsində yerləşən Mərkəzi Bazarda və rayon mərkəzlərində martın 14-dən 20-dək ailə təsərrüfatı, sənaye və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcəkdir. Yarmarkanın keçirilməsində məqsəd həm əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır.
Muxtar respublikanın çoxşaxəli iqtisadiyyatı, özəl sektorun durmadan inkişafı, regionun iqtisadi nüfuzu və yerləşdiyi əlverişli coğrafi şərait də xarici ticarət əlaqələrinin həcminin və miqyasının artmasına böyük imkan yaradıbdır. Qeyd edə bilərik ki, region bir yandan təbii enerji resursları, digər yandan isə, sənayenin inkişafı sahəsində son illərdə dünya ölkələri ilə iqtisadi və ticarət əlaqələrini yüksək səviyyədə inkişaf etdirməyə nail olubdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin iştirakı ilə fevralın 4-də sahibkarlarla keçirilən görüşdə dövlət orqanlarına sabibkarlıq subyektlərinin dəstəklənməsi, idxal olunan böyük həcmli malların yerli istehsalının təşkil olunmasına köməklik göstərilməsi, ixrac imkanlarının genişləndirilməsi ilə bağlı tapşırıqlar verilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 4-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri ilə görüş keçirilib.
Muxtar respublikamızda sahibkarlıq mühitinin formalaşması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Bunun nəticəsində əhalinin ərzaq təhlükəsizliyi təmin olunub. İllər öncə ət məhsullarına olan tələbatımızı ödəmək, dadlı-tamlı bir məhsul əldə etmək üçün muxtar respublikadan kənara çıxırdıqsa, indi bunun tamam əksini görürük. Daxili bazarda yüksəkkeyfiyyətli ət məhsulları istehsal edilir. Naxçıvanda istehsal olunan ət məhsulları respublikamızda və qonşu ölkələrdə adla deyilir. Artıq Naxçıvan brendlərinin arasında qovurma ilə yanaşı, burada istehsal edilən kolbasanın da adı çəkilir. Belə müəssisələrdən biri, “Gəmiqaya Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmişdir.
Sənaye istehsalı iqtisadi tərəqqinin əsas aparıcı qüvvəsi hesab edildiyi üçün muxtar respublikada bu sahənin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini ötən il daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır. 2021-ci ildə muxtar respublikada 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,7 faiz üstələmişdir.