Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticarət müşaviri Georg Karabazcek və Avstriya İqtisadiyyat Palatasının Bakıdakı nümayəndəliyinin rəhbəri Sabir Məmmədov Naxçıvan Muxtar Respublikasına işgüzar səfər ediblər. Səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb, Naxçıvan Biznez Mərkəzi ilə yaxından tanış olublar.
Muxtar respublikada xalq yaradıcılığının inkişaf etdirilməsinin daim diqqət mərkəzində olması, dövlətin bu sahəyə göstərdiyi qayğı yerli sənətkarlara yeni yaradıcılıq imkanları verib. Ötən dövrdə bu istiqamətdə bir çox işlər görülüb, o cümlədən muxtar respublikada xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin öyrənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilib.
Muxtar respublikanın ən böyük bölgəsi olan Şərurda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə aqrar sektorda kompleks tədbirlərin uğurla həyata keçirilməsi daxili bazarda məhsul bolluğu yaradıb.
2022-ci ilin yanvar-fevral aylarında sənayeləşmə siyasətinə uyğun olaraq istehsal və emal müəssisələrinin yaradılması, həmçinin kiçik və orta sahibkarlığın genişləndirilməsində əhəmiyyətli olan sənaye məhəlləsinin yaradılması davam etdirilmiş, mebel, süd emalı, çörək istehsalı, o cümlədən heyvandarlıq, quşçuluq istixana təsərrüfatlarını əhatə edən 27-si dövlət maliyyə dəstəyi olmaqla 35 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir. Yeni yaradılan sahələrdə 80 iş yeri açılmışdır.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində təcrübədə olan Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisasının tələbələri "Ləzzət Biskivit ve Şokalad fabriki" MMC-də olublar.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib.
Sosial-iqtisadi inkişafın ən mühüm istiqamətlərindən birini kənd təsərrüfatı təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyinin və əhali rifahının təmin olunması baxımından olduqca böyük əhəmiyyətə malikdir.
Muxtar respublikada 2022-ci ilin yanvar-fevral aylarında 379 milyon 91 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 818,6 manat olmuşdur.
İnsanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadan Novruz bayramının hər il Naxçıvan Muxtar Respublikasında quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunması ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Artıq iki ildir ki, milli birliyimizin təcəssümü olan Novruz bayramı həm də Zəfər ovqatı ilə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir”.
Xalqımızın əziz bayramı Novruz hər il muxtar respublikada xüsusi təntənə ilə qeyd olunur, xalq yaradıcılığı günləri keçirilir. Ənənəvi Novruz şənliyi bu il xalqımızın qəhrəmanlıq tarixini yaşadan "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcəkdir.