Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili barədə maarifləndirici tədbir keçirilib

İqtisadiyyat Nazirliyində Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili məqsədilə maarifləndirici görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis kapitanı Ayaz İsmayılov piyada keçidlərinin qurulmasında 3D formatından istifadə edildiyini qeyd edərək  bu cür keçidlərin hərəkət iştirakçılarının avtomobil yollarında daha rahat və təhlükəsiz istifadəsinə xidmət etdiyini vurğulayıb. 

Ardını oxu...

Naxçıvanda “STEAM təhsil festivalı” keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması, ümumtəhsil məktəblərində STEAM kabinələrinin qurulması və “STEAM təhsil festivalı”nın keçirilməsi nəzərdə tutulmuşdur.

İyunun 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM təhsil festivalı” keçirilmişdir.

 

Ardını oxu...

2022-ci ilin yanvar-aprel ayları ərzində sahibkarlara dəstək tədbirləri davam etdirilib

2022-ci ilin yanvar-aprel ayları ərzində yerli xammal ehtiyatlarından səmərəli istifadə etməklə idxaldan asılılığın minimuma endirilməsi, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması məqsədilə 67 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 50 sahənin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

Ardını oxu...

Culfa rayonunda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edib, bu sahədə yeni sosial layihələrin icrasına hərtərəfli şərait yaradıb.

Ardını oxu...

Mərkəzi Qida Sınaq Laboratoriyasının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Qida Sınaq Laboratoriyası mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Aparılan sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriya beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.

Ardını oxu...

7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018-ci il tarixli qərarı ilə 7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi təsis edilib. Ölkəmizdə qida təhlükəsizliyi məsələsi milli prioritetlər səviyyəsində daim diqqətdə saxlanılmaqdadır. Belə ki, qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının gücləndirilməsi, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatı, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir. Ümummilli lider Heydər Əliyev ölkəmizdə yeyinti məhsullarının keyfiyyətinin idarə edilməsi, istehsalının və bazarının təşkili, əhalinin qida və ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlər görmüş, bu sahədə qanunvericilik bazası yaradılmışdır.

Ardını oxu...

Növbəti “Göycə” festivalı da məhsul çeşidi və satışı, alıcı məmnuniyyəti ilə yaddaqalan olub

 Yazın ilk yeyilən meyvələrindən biri olan göycənin, sözün əsl mənasında, vətəni olan Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər illərdir ki, bəhrələrini verməkdədir. Hər il  keçirilən ənənəvi “Göycə” festivalına Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışının təşkili Naxçıvanın brend məhsulu olan göycənin tanıdılmasına xidmət edir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti “Göycə” festivalında bir neçə qonaq və təsərrüfatçı ilə həmsöhbət olduq. 

Ardını oxu...

Türkiyə Respublikasının Şərqi Anadolu İxracatçılar Birliyi İdarə Heyətinin sədri Əthəm Tanrıverdi: Məqsəd işbirliyimizi daha da gücləndirmək və ixracı artırmaqdır

 Türkiyə Respublikasının Şərqi Anadolu İxracatçılar Birliyi İdarə Heyətinin sədri Əthəm Tanrıverdinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Heyət səfər çərçivəsində Naxçıvan Biznes Mərkəzi, “Ləzzət Biskvit və Şokalad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Badamlı” Mineral Sular Zavodu ilə tanış olublar.

Ardını oxu...

Xalçaçılığın inkişafına dövlət qayğısı ildən-ilə artırılır

 Xalq tətbiqi sənətinin mühüm qolu olan xalçaçılığın xalqımızın  milli mədəniyyət tarixində özünəməxsus  yeri  var. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsin, o cümlədən xalçaçılığın inkişafına xüsusi qayğı göstərmişdir. Bu siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyevin 2016-cı il 5 may tarixli Sərəncamına əsasən “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bölgələrdə “Azərxalça” ASC-nin filialları açılmışdır.

Ardını oxu...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 1-də - Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
836893
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
695
30
695
1141
836893

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915