Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib

  İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: Muxtar respublikada ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə, taxıla olan tələbat isə əsasən yerli istehsal hesabına ödənilir. Bu gün taxıla olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Ardını oxu...

Bu ilin ötən dövründə 260-dan çox yeni iş yeri açılıb

Muxtar respublikada sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması əhalinin rifah halının yüksəlməsinə, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur. 2022-ci ilin yanvar-iyun ayları ərzində bu istiqamətdə tədbirlər davam etdirilərək iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 90 istehsal və xidmət sahəsinin yaradılması başa çatdırılmış, 64 sahənin yaradılması davam etdirilmişdir.

Ardını oxu...

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı yerli emal müəssisələrinin fəaliyyətini stimullaşdırır

“Gəmiqaya Meyvə Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti bu işə öz töhfəsini verir 

    Meyvəçilik tarixən Naxçıvanda əhalinin əsas məşğuliyyət sahələrindən olub. Bu regionun iqlimi, torpaqların münbitliyi meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi üçün münbit zəmin yaradıb. Son illərdə muxtar respublikamızda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər isə bu sahədə də böyük uğurların qazanılmasına geniş imkanlar açıb. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır. Proqramın icrası çərçivəsində təkcə elə 2021-ci ildə 145,6 hektar sahədə meyvə bağı salınıb. 

Ardını oxu...

2022-ci ilin yanvar-may ayları ərzində güzəştli kreditləşdirmə davam etdirilib

2022-ci ilin “Sənaye ili” elan olunması bu sahədə işləri daha da sürətləndirmiş cari ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən polietilen məmulatlarının, salfet, araq, çaxır, mebel, plastik qapı-pəncərə, çörək, dondurma, kənd təsərrüfatı avadanlıqları və digər istehsal sahələri olmaqla, ümumilikdə 11 layihəyə 4 milyon 743 min 500 manat kredit verilmişdir.

Ardını oxu...

Kəngərli rayonunda emal sənayesi üçün mühüm xammal bazası yaradılır

     Cari ildə rayonda 78 hektarda qarğıdalı, 30 hektar sahədə günəbaxan əkilib

    Sənaye müasir iqtisadiyyatın əsasını təşkil edir desək, yəqin ki, yanılmarıq. Çünki elə bir dövrdə yaşayırıq ki, bir çox sahələr üzrə məhsulların hazır vəziyyətə gətirilməsi sənaye istehsalına əsaslanır. Bu sahəyə kənd təsərrüfatı məhsullarını da əlavə edə bilərik. Xüsusilə kənd təsərrüfatı məhsullarının emal sənayesinə cəlb olunması müasir dövrün tələblərindən birinə çevrilib. 

Ardını oxu...

"Naxplasta" 3 yeni avadanlıq alınıb gətirilib

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada sahibkarlıq inkişaf etdirilir, yeni müəssisələr yaradılır, tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. 2021-ci ilin dekabrından istifadəyə verilən “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən dövrdə fəaliyyətini genişləndirib.

Ardını oxu...

Maşınqayırma sənayesi iqtisadi inkişafın əsasını təşkil edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən hər il iyunun 24-ü Azərbaycanda maşınqayırma sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir.

Ardını oxu...

2022-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

Muxtar respublikada 2022-ci ilin yanvar-may aylarında 1 milyard 50 milyon 572 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,8 faiz çoxdur.
    Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 2267,1 manat olmuşdur.

Ardını oxu...

Naxçıvanda çalışan dövlət qulluqçuları təltif edilib

Prezident İlham Əliyev iyunun 22-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasında çalışan dövlət qulluqçuları da vardır.

Ardını oxu...

Muxtar respublikada anbarlara taxıl tədarükünə başlanılıb

Naxçıvanda əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Əkin sahələrində aparılmış müşahidələr göstərir ki, bu il taxıl zəmilərində bol məhsul yetişdirilib. Əvvəlki illərdən fərqli olaraq taxıl biçininə daha tez başlanılıb. Eyni zamanda, məhsulun vaxtında və itkisiz yığılması məqsədilə taxıl biçini kampaniyasına hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb, sahələrə kifayət qədər texnikalar cəlb olunub.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
836124
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
67
60
1984
372
836124

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915