Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Muxtar respublikada meyvə və tərəvəz məhsullarının soyuducu anbarlara tədarükü ilə bağlı ELAN

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi   muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırır ki, tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlara sata və ya icarə əsasında saxlaya bilərlər. Məhsulların tədarükünə 15 iyul 2022-ci il tarixdən başlanılacaq və dəyəri “Nаxçıvаn Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi” və “Araz-3” MMC tərəfindən nəğd formada ödənilməklə aşağıdakı qiymətlərlə qəbul olunacaqdır:

Ardını oxu...

Naxçıvanda Birinci Beynəlxalq Tibbi Forumun açılışı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il  iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncam imzalamış, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

İyunun 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında Birinci Beynəlxalq Tibbi Forumun açılış tədbiri keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun açılışında iştirak etmişdir.

Ardını oxu...

Xarici ticarət əlaqələrinin həcmi genişləndirilir

Bu gün beynəlxalq aləmdə ən çox diqqət edilən məsələlərdən biri xarici əməkdaşlıqda ticarət əlaqələrinin həcminin genişləndirilməsidir. Belə ki, həmin əlaqələr bir ölkənin dünya bazarındakı yerinin müəyyənləşdirilməsindən tutmuş qlobal iqtisadi məkana inteqrasiyasına qədər böyük rol oynayır. Eyni zamanda xarici iqtisadi əməkdaşlıq dostluq əlaqələrinin nəticəsi kimi də diqqət çəkir. Buna görə də müasir dövrdə dünya ölkələri öz əhalisinin ümumi rifah halını yüksəltmək üçün beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum yararlanmağa, bunun üçün xarici iqtisadi əlaqələrin yaradılmasına çalışırlar.

Ardını oxu...

Naxçıvan Avtomobil Zavodunda elektromobillər istehsal olunacaq

Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması məqsədilə 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib. Bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdən biri də Naxçıvana elektromobillərin gətirilməsi və Naxçıvan Avtomobil Zavodunda onların istehsal şəraitinin yaradılması istiqamətində atılan addımlardır.

Ardını oxu...

Yeni istehsal sahələrinin yaradılması cari ilin ötən dövrü ərzində də davam etdirilmişdir

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi “Sənaye ili” elan edilmiş 2022-ci ilin ötən dövrü ərzində də davam etdirilmişdir. Şərur rayonunda da innovativ və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulu istehsalının genişləndirilməsi, bu sahədə sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər davam etdirilir.

Ardını oxu...

Bakıda yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir

Bu gün Bakı şəhərində yerli məhsulların və xidmətlərin tanıdılması məqsədi ilə “Partners and Business Baku 2022”sərgisi öz işinə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Dövlət Məşğulluq Agentliyi və "Marsol" MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunur.

Ardını oxu...

Növbəti aktivlər təqdim edilib

Özünüməşğulluq proqramının icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 31 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Bu ailələrin üzvlərindən 18 nəfərin hər birinə 2 baş iribuynuzlu, 4 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə otbiçən aqreqat, 3 nəfərin hər birinə 10 yeşik arı ailəsi və ləvazimatları, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə bərbər-manikürçü avadanlıqları və ləvazimatları verilib. Eyni zamanda təsərrüfatını nümunəvi inkişaf etdirən bir nəfər həvəsləndirmə tədbirlərinə cəlb olunub və ona arpa-buğda qıran aqreqat verilib.

Ardını oxu...

Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır

Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların əsasını təşkil edən ailə biznesi üzərində qurulub. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemlərini həll etdiyindən, əhali gəlirlərinin artmasına müsbət təsir göstərdiyindən son illərdə muxtar respublikamızda da ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir. Belə ki, ailə təsərrüfatlarına dəstək məqsədilə “Ailə təsərrüfatı məhsulları” festivalları və yarmarkaları keçirilir, müvafiq dövlət qurumları tərəfindən ailələrdə istehsal olunan məhsulların qablaşdırılmasına, satışına köməklik edilir.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
836905
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
707
30
707
1153
836905

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915