1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yaradılmasının 55-ci ildönümü münasibətilə “Bir uşaq-bir top” festivalı keçirilib. Tədbir iki hissədən ibarət olub. Birinci hissədə gənc rəssamların futbol haqqında kompozisiyaları, Face art, Ayaq bilyardı, Zorba futbol, Maket qapıya qol vuruşu, şən klounlarla futbol oyunu təşkil edilib.
Bu gün muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədi özəl sektorun inkişafı, biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılmasından ibarətdir. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda iqtisadiyyatın inkişafında sahibkarların rolunun artırılması zəruri istiqamətindən biri kimi qarşıya qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri də sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 4-5-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Göycə” festivalı keçiriləcək.
Bu gün istehsalat təcrübəsini uğurla başa vuran tələbələrlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirilib. Nazir vurğulayıb ki. . .
Tikinti obyektlərini onsuz təsəvvür etmək mümkünsüzdür. İnşaat materialları içərisində başda, hətta birinci yerdə gəlir. Bu da təsadüfi deyil. Çünki çox sayda binaların, geniş yolların, hava limanlarının, milyonlarla kubmetr sututumuna malik anbarların, hərbi obyekt və istehkamların tikintisindən tutmuş fərdi evlərin inşasınadək məhz ondan istifadə olunur. İlk dəfə kim tərəfindən icad edildiyi məlum olmasa da, bu sahədə daha çox romalıların adı çəkilir. Söhbət inşaat işlərində ən çox ehtiyac duyulan bir məhsuldan – sementdən gedir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 4-5-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Göycə” festivalı keçiriləcək. Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı keçiriləcək.
Sənaye iqtisadiyyatın dinamik inkişaf edən və qlobal çağırışlara uyğun olaraq daim yenilənən, yeni yanaşma və mexanizmlərə açıq olan sahəsidir. Rəqabətqabiliyyətli və yüksək texnologiyalara əsaslanan sənaye istehsalının artırılması, elmtutumlu sənaye sahələrinin inkişafı məqsədilə yeni mexanizmlər tətbiq olunur. Bu baxımdan innovativ və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulu istehsalının genişləndirilməsi, bu sahədə sahibkarlığın inkişafı məqsədilə Şərur Sənaye Məhəlləsinin yaradılmaqdadır.
Bu gün muxtar respublikada yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən kiçik təsərrüfat birlikləri kimi diqqəti cəlb edir. Adından da göründüyü kimi, bu birlik ailəni təşkil edən fərdlərin ayrı-ayrılıqda əməyinin birgə hədəfə yönləndirildiyi bir təsərrüfat formasıdır. Ailə təsərrüfatlarının formalaşmasında əməksevərlik, ailə birliyi əsas şərtlərdəndir.
“Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”,- deyən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, özəl bölməyə dövlət dəstəyi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunan dövlət proqramları yeni istehsal və xidmət sahələri ilə yanaşı, həm də əlverişli investisiya mühiti yaradıb.
Muxtar respublikada ərzaq məhsullarının keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Bu işlərin davamı olaraq laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi təmin edilmişdir. Belə ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasının İSO17025 standartı üzrə beynəlxalq akkreditasiyası məqsədilə Latviyanın "LATAK" Milli Akkreditasiya Bürosu ilə əlaqələr yaradılmış və 14 noyabr 2013-cü il tarixdə müqavilə bağlanması təmin olunmuşdur.