Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Bakıda keçirilən Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisində Naxçıvan məhsulları nümayiş olunur

Mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər ölkələrin rəsmi şəxsləri “Caspian Agro 2022” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

Ardını oxu...

İqtisadiyyat Nazirliyinin əməkdaşı “Zəngəzur Dəhlizinin regionun inkişafında və iqtisadi artımında strateji rolu” mövzusunda keçirilmiş konfransda iştirak edib

Mayın 16-da Türkiyə Respublikasının Serhad İnkişaf Agentliyi, Sənaye və Texnologiyalar Nazirliyi və İqdir Universitetinin təşkilatçılığı ilə “Zəngəzur Dəhlizinin regionun inkişafında və iqtisadi artımında strateji rolu” mövzusunda konfrans keçirilmişdir.

Ardını oxu...

Azərbaycan–Avropa İttifaqı biznes forumuna muxtar respublikanın nümayəndə heyəti də qatılıb

Mayın 17-də Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatası, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə “Azərbaycan-Avropa İttifaqı” biznes forumu keçirilib.  Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Miçalko və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər.

Ardını oxu...

Ordubad rayonunun Anaqut kəndində “ Xan Çinar” istirahət mərkəzi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının zəngin təbiəti, qədim tarixi və maddi mədəniyyət abidələri burada turizmin inkişafı üçün geniş imkanlar açır. Bu istiqamətdə layihələr hazırlanır, yeni istirahət və əyləncə mərkəzləri qurularaq sakinlərin istifadəsinə verilir. Bu tədbirlərin davamı kimi, mayın 13-də Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar”  istirahət mərkəzinin açılış mərasimi keçirilib.

Ardını oxu...

2022-ci ilin yanvar-mart aylarında ərzində məqsədyönlü işlər görülüb

Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin ilk rübündə də davam etdirilmişdir. Bu məqsədilə car ilin yanvar-mart ayları ərzində 43 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, yeni duz istehsalı müəssisəsinin, enerji içkilərinin istehsalı, salfet, spirtli içki istehsalı, yun iplik istehsalı, kiçik kənd təsərrüfatı alətləri istehsalı sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

Ardını oxu...

Muxtar respublikada “Sənaye ili” çərçivəsində məqsədyönlü tədbirlər görülür

Son illərdə dinamik iqtisadi inkişafı səciyyələndirən əsas cəhətlərdən biri muxtar respublikada sənayenin üstün inkişafının təmin edilməsi olmuş, sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlar qazanılmışdır. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2004-cü ildəki 10,6 faizdən 2021-ci ildə 27,1 faizədək yüksəlmiş, muxtar respublikada 400-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamış, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər hesabına ümumi dəyəri 112 milyon 509 min manat olan 279 sənaye layihəsi maliyyələşdirilmişdir. 

Ardını oxu...

Şərur Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir

Muxtar respublikada sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin yaradılması iqtisadiyyatın və innovativ inkişafın sürətlənməsinə, rəqabətədavamlı məhsul istehsalına töhfə verəcəkdir.

Ardını oxu...

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri, Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları da ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Ardını oxu...

Muxtar respublikada əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi üçün bir sıra işlər görülür

Muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Əhalinin ərzağa olan tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılmış və bu proses davam etdirilir.

Ardını oxu...

Ordubad rayonunda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edib, bu sahədə yeni sosial layihələrin icrasına hərtərəfli şərait yaradıb.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
836947
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
749
30
749
1195
836947

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915