Naxçıvanda kənd təsərrüfatının geniş yayılmış istiqamətlərindən birini meyvəçilik və tərəvəzçilik təşkil edir. Bu sahəyə kompleks yanaşmanı ehtiva edən tədbirlərin sayı ildən-ilə artır və əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi daim diqqətdə saxlanılır.
Cari ilin iyun ayında Türkiyə Respublikasının Şərqi Anadolu İxracatçılar Birliyinin nümayəndə heyətinin muxtar respublikaya səfəri zamanı əldə olunmuş razılığa əsasən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 4-6 sentyabr 2022-ci il tarixdə Türkiyənin Ərzurum şəhərində ikigünlük səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə İqdır şəhərində yerləşən Naxçıvan Ticarət Evini ziyarət edib. Ticarət Evi ilə tanışlıq zamanı burada sərgilənən məhsullar haqqında məlumat verilib, bölgənin ixrac imkanlarından bəhs edilib.
Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, enerji, ərzaq təhlükəsizliyi, sabitliyin qorunması vacib məsələlərdir. Ona görə də bugünkü müşavirədə veriləcək tapşırıqlar yerlərdə müzakirə edilməli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət olunmalıdır.
Babək rayonunun təbii iqlim şəraiti üzümçülüyün inkişafı üçün olduqca əlverişlidir. Buna görə də bu torpaqda keçmişdən müxtəlif sortlarda üzümlər yetişdirilib. Burada tezyetişən, uzun müddət saxlanmağa davamlı, ən yüksək şəkər toplayan, ən çox məhsul verən üzüm sortları becərilib və bu gün də becərilməkdədir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə məktəbli yarmarkaları keçirilir. Sentyabrın 15-dək davam edəcək yarmarkalar Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda və muxtar respublikanın rayon mərkəzlərində təşkil olunmuşdur.
Muxtar respublikada sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu sahədə idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın qorunmasına və yerli istehsalın stimullaşdırılmasına diqqət getdikcə artırılır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə sentyabrın 1-dən 15-dək məktəbli yarmarkaları keçiriləcək. Yarmarkalar Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda, həmçinin muxtar respublikanın rayon mərkəzlərində təşkil olunacaq.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası işini günün tələblərinə uyğun şəkildə davam etdirir.
İyul ayından etibarən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbarlara meyvə və tərəvəzin qəbulu aparılır.
Bu gün 400-dən çox sənaye sahəsinin fəaliyyət göstərməsi nəticəsində Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edən aqrar-sənaye diyarına çevrilib. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.