Naxçıvan Muxtar Respublikasında da qida təhlükəsizliyinin təmin edilməsi dayanıqlı inkişaf amili kimi daim diqqətdə saxlanılır. Təcrübə göstərir ki, qida təhlükəsizliyini təmin edən etibarlı sistem yaradıldıqda bu, ümumi iqtisadi artıma, kənd təsərrüfatı və sənayenin inkişafına, ixrac potensialının artırılmasına və turizmin genişlənməsinə mühüm təsir edən faktora çevrilir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən Avropa İttifaqının nümayəndə heyətinin muxtar respublikamıza işgüzar səfəri çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Dövlət Universitetində olublar. Ali təhsil ocağının ERASMUS layihəsi çərçivəsində Avropa İttifaqına üzv olan ölkə universitetləri ilə beynəlxalq əməkdaşlığı yüksək dəyərləndirilib. Sonra qonaqlar “Naxçıvanqala Tarix-Memarlıq Muzey” Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı ilə yaxından tanış olublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalına start verilib. Festivala çıxarılan məhsulların çeşid zənginliyi və qiymətlərin münasib olması ailə təsərrüfatçıları və alıcılar tərəfindən razılıqla qarşılanır.
Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqında məlumat verib. Naxçıvanın əsasən makroiqtisadi göstəricilərini diqqətə çatdıran nazir qeyd edib ki, bu gün muxtar respublikada 1136 kiçik və iri istehsal sahələri fəaliyyət göstərir. Bunlardan 497-si sənaye, 639-u kənd təsərrüfatı təyinatlı sahələrdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Ötən şənbə günü Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Milli Dəyərlər Muzeyində olublar.
Noyabrın 4-5-6-sı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək. Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan ailə təsərrüfatı sahiblərinin bərəkətli torpaqlarımızda ərsəyə gətirdiyi məhsulları əldə edəcək, əl işlərinin sərgi-satışı ilə tanış olacaqsınız.
Qış mövsümünə hazırlıqla bağlı görülən tədbirlərdən biri də ərzaq ehtiyatının yaradılmasıdır. Naxçıvan Muxtar Respublikasında bu vacib məsələyə ciddi diqqət verilir. Bu işdə soyuducu anbarların xüsusi əhəmiyyəti var. Tələbatdan artıq istehsal olunmuş məhsulların qış ehtiyatı kimi saxlanılması və satışının təşkili məhz həmin anbarlar vasitəsi ilə həyata keçirilir.
12-15 oktyabr 2022-ci il tarixlərdə İstanbul şəhəri TÜYAP Sərgi Mərkəzində “27-ci Avrasiya Beynəlxalq Paketləmə Sənayesi Sərgisi” keçirilib. Paketləmə sektorunda son texnologiyaları tətbiq etməklə hazırlanmış yüksək keyfiyyətli çeşidlərin sərgilənməsi və xarici bazarlara inteqrasiya olunmaqla satış bazarının artırılması məqsədilə təşkil olunmuş sərgidə 125 ölkənin 1100-dən çox şirkəti iştirak edib.
Oktyabrın 17-də Naxçıvan Biznes Mərkəzində muxtar respublikada sahibkarlığın inkişafına dəstək olan Sahibkarlığın İnkişafı Fondu, bank və kredit təşkilatlarının təşəbbüsü ilə görüş keçirilib.
Tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək muxtar respublikada həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində özəl bölmənin iqtisadiyyatın aparıcı qüvvəsinə çevrildiyini bildirib. Vurğulanıb ki, özəl sektorun dövlət dəstəyindən daha geniş istifadə etməsi müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradıb.
Son illər muxtar respublikada rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilib, xeyli iş yerləri açılıb.