Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev 65 illik yubileyi münasibəti ilə “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” MMC-nin əməkdaşı Əziz Orucovla görüşüb. Nazir yubiley yaşını qeyd edən Əziz Orucova hədiyyə təqdim edib, ona uzun ömür və işində uğurlar arzulayıb.
Kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlıqda əsas istiqamətlərdən birini quşçuluq təsərrüfatları təşkil edir. Yaşadığımız dövrün tələbləri də göstərir ki, quş əti və yumurta bütün ölkələrdə ən çox istehlak edilən ərzaq məhsullarıdır. Quş ətinin digər ev heyvanlarının əti ilə müqayisədə ucuz olması, yumurtanın çoxsaylı faydaları və hər kəs üçün əlçatanlığı bu məhsullardan istifadəni ildən-ilə daha da artırır. Təsadüfi deyil ki, muxtar respublikamızda da ənənəvi istehsal sahələrindən olan quşçuluq təsərrüfatları geniş yayılmış məşğuliyyət sahələrindəndir.
Bu gün muxtar respublikada dinamik inkişaf edən sahələrdən biri də iqtisadiyyatdır. Hər il qədim diyarda aparılan abadlıq-quruculuq işlərinin miqyasının genişlənməsi, yeni emal və istehsal sahələrinin fəaliyyətə başlaması, iş yerlərinin yaradılması, insanların sosial rifah halının yaxşılaşması Naxçıvanın güclü və dayanıqlı iqtisadiyyatından xəbər verir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Arıçılıq məhsulları-bal festivalı” oktyabrın 15-i və 16-sı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək.
“Caspian Energy Club”un (CEC) təşkilatçılığı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi dəstəyi ilə keçirilən milli müsabiqədə ölkənin 2022-ci ildə ən tanınan 50 brendi seçilərək mükafatlandırılıb. Oktyabrın 4-də keçirilən mükafatlandırma mərasimində qalib brendlər sertifikatla təltif olunub.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 1-dən etibarən Bakı şəhərində ənənəvi Arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq bütün məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb. Bu il keçirilən yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram bal və 30 ədəd arı şanı satışa çıxarıb.
Bu gün muxtar respublikamızın elə bir bölgəsini tapmaq olmaz ki, orada digər sahələrlə yanaşı, sahibkarlıq da diqqət və qayğı ilə əhatə olunmasın. Bunun da nəticəsində daxili bazar qorunur, əhalinin müxtəlif məhsullara olan təlabatı yerli istehsal hesabına ödənilir, yeni iş yerləri açılır. Bu da, öz növbəsində, məşğulluq probleminin aradan qaldırılmasını təmin edir. Özəl bölmənin, sahibkarlıq fəaliyyətinin inkişafı daxili bazarın yüksək keyfiyyətli yerli məhsullarla təmin edilməsinə əlverişli şərait yaratmaqla bərabər, xaricdən idxal olunan və mənşəyi məlum olmayan keyfiyyətsiz məhsulların muxtar respublikamıza gətirilməsinin qarşısını alır. Bundan başqa, yerli məhsulların xarici bazarlara çıxarılmasına geniş imkanlar açır, nəticə etibarı ilə əlavə maliyyə vəsaitinin muxtar respublikamıza daxil olmasına şərait yaradır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində “İqtisadiyyat” fakültəsinin tələbələri ilə görüşü olub. “İqtisadi təhlil və proqnozlaşdırma” şöbəsinin əməkdaşı Aqibət Əliyev çıxış edərək görüşün Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il iyunun 25-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq təşkil edildiyini bildirib.
Heydər Əliyev Sarayında istedadlı qadınların və məhdud fiziki imkanlıların əl işlərindən ibarət sərgi-satışa ayrı-ayrı kollektivlərin də marağı böyükdür. Bu gün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi sərgi-satışla tanış olub, müxtəlif hədiyyəlik əl işləri alıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, geniş şəkildə təbliğinə, eləcə də özəl sektora öz töhfəsini verməkdədir.