Muxtar respublikada sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu cür tədbirlər Sənaye ili elan olunmuş 2022-ci ilin 8 ayı ərzində də davam etdirilmişdir. Bəhs olunan dövrdə yerli xammala əsaslanan istehsal sahələrinin qurulması, keyfiyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması məqsədilə 117 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir.
25 iyun 2021-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən 2022-2023-cü tədris ili üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ali təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisasında təhsil alan tələbələrlə növbəti görüş keçirilib.
Muxtar respublikada ailə təsərrüfatları kənd təsərrüfatı ilə məşğul olanların əsas qolunu təşkil edir. Hər il muxtar respublikada belə təsərrüfatlar yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixracın həcmi yüksəlir. Bu tədbirlərin davamı olaraq Kəngərli rayonunun Çalxanqala kəndində ailə təsərrüfatçısı dövlət maliyyə dəstəyi hesabına çaxır emalı sahəsini genişləndirib.
Türkiyə Respublikasının İqdır Vilayətinin valisi Hüseyn Engin Sarıibrahim Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ümummilli liderimizin abidəsini, Heydər Əliyev Muzeyini və Mustafa Kamal Atatürkün Naxçıvan şəhərindəki büstünü ziyarət edib.
İlk dəfə 1974-cü ildə BMT Baş Assambleyasında gündəmə gələn “ərzaq təhlükəsizliyi” termini qlobal böhran və acların etirazları nəticəsində dünya gündəminin əsas məsələlərindən biri halına gələrək günümüzədək öz aktuallığını saxlayır. Qurum tərəfindən müəyyən edilmiş kriteriyalara görə ərzaq təhlükəsizliyi dedikdə elə situasiya nəzərdə tutulur ki, bütün insanlar istənilən vaxt aktiv və sağlam həyat tərzi sürə bilmək üçün kifayət qədər keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarına malik olsunlar. Qlobal böhran ərəfəsində – 2007-ci ildən başlayaraq dünyada ərzaq qiymətlərinin kəskin bahalaşması böyük dövlətlərin ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik kontekstində baxmağına imkan verdi, daha doğru desək, məcbur etdi.
Muxtar respublikada 2022-ci ilin yanvar-avqust aylarında 1 milyard 939 milyon 834 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4182,5 manat olmuşdur.
Şərur Sənaye Məhəlləsində fəaliyyət göstərməsi nəzərdə tutulmuş emal və istehsal müəssisələrindən biri də “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yağ istehsalı zavodudur. Məlumat üçün bildirək ki, burada günəbaxan və qarğıdalı bitkilərinin emalı həyata keçiriləcək.
2022-ci ilin əvvəlindən etibarən Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublikanın bölgələrində özəl bölmə təmsilçilərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi davam etdirilib.
Sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə hər bir rayonun istehsal potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişaf etdirilməsi mühüm şərtdir. Sahibkarlıq sahəsində müşahidə olunan dinamik tərəqqi muxtar respublikanın KƏNGƏRLİ rayonunu da əhatə edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib.
İclası nazir Tapdıq Əliyev açaraq bildirib ki, sentyabrın 7-də 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin Sədri tərəfindən müvafiq tapşırıqlar verilmişdir.