Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Dövlət Proqramları uğurla icra olunur

Sahibkarlığın inkişafının stimullaşdırılması, öz növbəsində, yeni istehsal sahələrinin yaradılması və müxtəlif iş yerlərinin açılması yolu ilə əhali məşğulluğunun təmin olunmasına gətirib çıxarır. 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən mikro, kiçik və orta sahibkarlara, ümumilikdə, 7 milyon 744 min 378 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu dövrdə muxtar respublikada dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 157 layihə üzrə işlər başa çatdırılmış, yeni yaradılan istehsal sahələrində 660 iş yeri açılmışdır. Məhsullarımızın xarici ölkələrdə  təbliği və təşviqi məqsədilə 250 ədəd Naxçıvan məhsulları ixrac kataloqu çap edilmişdir.

Ardını oxu...

Muxtar respublikada xalçaçılığın inkişafı 2021-ci ildə də diqqət mərkəzində saxlanılıb

Son illər muxtar respublikada özəl sektorun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artmışdır. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olmuşdur. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub.  

Ardını oxu...

Naxçıvanda sahibkarlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edib, ümummilli liderimiz Heydər Əliyevin “Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”,-fikirlərini xatırladaraq deyib: Dahi şəxsiyyət ölkəmizə ikinci rəhbərliyi dövründə sahibkarlığın inkişafını Azərbaycanın strateji yolu kimi müəyyənləşdirib, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. 

Ardını oxu...

“Tudor Logistika və Sənaye Mərkəzi” muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfəsini verəcəkdir

 Bu gün muxtar respublikamızda iqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı fəaliyyətinə və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biri sayılır. Son illər regionumuzda müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. Belə ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, bu sahədə kadr hazırlığının təkmilləşdirilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.

Ardını oxu...

Arıçılığın inkişafı tədbirləri davam etdirilir

 Muxtar respublikanın əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən əsas amillərdəndir. İqtisadi cəhətdən gəlirli olan bu təsərrüfat sahəsi həm də ətraf aləmin və ekoloji mühitin yaxşılaşdırılması baxımından səmərəli hesab olunur. Arıçılıq kənd təsərrüfatının xüsusi diqqət və zəhmət tələb edən sahələrindəndir. Arılara mövsümə uyğun qulluq göstərilməsi, yem ehtiyatının bolluğu, xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi bu sahənin inkişafına təsir göstərən faktorlar kimi diqqəti cəlb edir. Bütün bu sadalananlarla yanaşı, arıçılığın inkişafına təkan verən ən mühüm amillərdən biri də göstərilən dövlət qayğısıdır. 

Ardını oxu...

Hüseyn Cavidin ev-muzeyi ziyarət olunub

İqtisadiyyat Nazirliyinin əməkdaşları “Muzey günləri” çərçivəsində Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində olublar. Muzeyin bələdçisi muzey haqqında nazirliyin iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, muzey 21 iyul 1981 – ci ildə Azərbaycan hökumətinin  “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qərarı ilə yaradılmışdır. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi” adlandırılmışdır.

Ardını oxu...

Dövlət proqramının icrası davamlı sosial-iqtisadi inkişaf üçün möhkəm zəmin yaradır

  Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin davamlı xarakter almasında icrası uğurla reallaşdırılan Dövlət proqramlarının əvəzolunmaz rolu vardır. Bu proqramların icrası istiqamətində görülən işlər Naxçıvanda rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsinə, müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılmasına, yeni iş yerlərinin açılmasına və əhali rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da əsas məqsədi muxtar respublikanın dayanıqlı inkişafının təmin olunmasına imkan verən əlverişli mühit yaratmaqdan ibarətdir. Proqramın icrası istiqamətində kompleks tədbirlər 2021-ci ildə də davam etdirilmişdir.

Ardını oxu...

Sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılıb

Bu gün muxtar respublikada həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu vardır. Belə ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş müvafiq Dövlət proqramlarının icrası ilə əlaqədar özəl sektor qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi Babək rayonunda da bir sıra istiqamətlərdə rəqabətqabiliyyətli istehsal sahələrinin yaradılmasına imkan verib. Dövlət tərəfindən sahibkarlığın inkişafına hesablanmış tədbirlər 2021-ci ildə də davam etdirilib. Görülən məqsədyönlü tədbirlər nəticəsində ötən il rayonda istehsal və emal sahələrinin sayı artıb, yeni sahibkarlar sinfi formalaşıb.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
837353
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
279
88
1155
1601
837353

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915