NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 25-dən 30-dək təşkil olunan məhsul yarmarkası Naxçıvan şəhəri Xətai küçəsindəki Mərkəzi bazarda keçiriləcək.
Muxtar respublikada 2021-ci ilin yanvar-noyabr aylarında 2 milyard 631 milyon 572 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 5693,6 manat olmuşdur.
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş tələbələrlə növbəti görüş keçirilib.
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə “Bank savadlılığı” layihəsi çərçivəsində muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq obyektlərinin nağd pulla birbaşa iş aparan əməkdaşları üçün “Milli pul nişanlarının mühafizə elementləri, zədələnmiş pul nişanlarının dəyişdirilməsi və ekspertizası” adlı tədbir keçilmişdir.
2002-ci ildə yaradılan “Caspian Energy Club” öz sıralarında 50 ölkəyə aid 5 mindən artıq şirkət və təşkilatı birləşdirir. Mütəmadi olaraq biznes-netvorkinq üçün müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də 17 dekabr 2021-ci ildə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il iyunun 25-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetinin hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrə görüş keçirilib.
Muxtar respublikada sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində hər il yeni istehsal sahələri yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artırılır. Dekabrın 17-də Naxçıvan şəhərində müxtəlif təyinatlı yeni istehsal və xidmət sahələrinin təqdimatı olmuşdur.
Muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu muxtar respublikada sahibkarlıq subyektləri tərəfindən yaradılan yeni-yeni istehsal və xidmət obyektlərinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.
Aktiv məşğulluq tədbirləri içərisində yeni iş yerlərinin yaradılması məqsədilə sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi xüsusi önəm kəsb edir. Bu tədbirlər bir tərəfdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və genişləndirilməsi üçün stimullaşdırıcı xarakter daşıyır, digər tərəfdən müxtəlif təyinatlı müəssisələrdə yeni iş yerlərinin açılması ilə nəticələnir.
Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumu 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.