Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması – bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir”. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada sahibkarlıq inkişaf etdirilir, yeni müəssisələr yaradılır, tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır.
Dekabrın 13-də “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik məmulatlar istehsalı sahəsi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeni yaradılmış müəssisələr əsasən futbol-idman kompleksini, eyni zamanda istixana, heyvandarlıq, arıçılıq, quşçuluq və üzümçülük təsərrüfatlarını əhatə edir.
Muxtar respublika əhalisinin təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasında yaradılan soyuducu anbar və istixana təsərrüfatlarının mühüm rolu vardır. Bu istiqamətdə nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası nəticəsində cari ilin ötən dövrü ərzində muxtar respublikada ümumi tutumu 1820 ton olan 6 soyuducu anbarın yaradılması başa çatdırılmış, 1 soyuducu anbarın yaradılması davam etdirilmişdir. Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu məqsədlə 1 soyuducu anbarın yaradılmasına 925 min 778 manat kredit verilmişdir. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 400 ton olan 50 soyuducu anbar fəaliyyət göstərir.
Son illər həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada sahibkarlığın inkişafına təkan verib, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın güclənməsində onun rolunu artırıb. Keyfiyyətli məhsul bolluğunun yaradılmasında, rəqabətədavamlı istehsal sahələrinin inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında sahibkarlıq həlledici amilə çevrilməkdədir. Muxtar respublikamızda sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, işgüzar fəaliyyət, biznes innovasiyası təşəbbüslərinin fəal şəkildə dəstəklənməsi, maddi rifahın artmasını şərtləndirən iqtisadi fəallığın stimullaşdırılması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunacağını söyləməyə əsas verir.
Şahbuz rayonunun Kolanı kəndində Şahbuz Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin, Dövlət Baytarlıq Xidmətinin, Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları arıçılıq təsərrüfatlarının sahibkarlarının iştirakı ilə “Arıçılıq mədəniyyəti, payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılmasının və arıxanaların qışlamaya hazırlığının əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçiriblər.
Sənayeləşmə siyasətinə uyğun olaraq, muxtar respublikada yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Belə ki, 2021-ci ilin 11 ayı ərzində iqtisadiyyatın bütün sahələrində dövlət mаliyyə dəstəyi və özəl invvestisiya qoyuluşu hesabına 127 istеhsаl və хidmət sаhəsi istifadəyə verilmiş, 60 istеhsаl və хidmət sаhəsinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Bölgədəki plastik sənayesinin ən əhəmiyyətli sərgisi olan Plast Eurasia İstanbul, 31-ci ilində ən böyük istehsalçıları bir araya gətirib. Tüyap Fuar Təşkilat Tikinti AŞ şirkətinin 1-4 dekabr tarixlərində İstanbuldakı Tüyap Sərgi və Konqres Mərkəzində PAGEV ilə birgə təşkilatçılığı ilə “Plast Eurasia İstanbul-2021 31-ci Beynəlxalq İstanbul Plastik Sənayesi Sərgisi” keçirilib.
Muxtar respublikada əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Son illər kənd yaşayış məntəqələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 3-də Dırnıs kəndində həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağında yaradılan şəraitlə tanış olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 3-də Dırnıs kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, üçmərtəbəli kənd mərkəzində Dırnıs və Anaqut kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, Mədəniyyət evi, arxiv, statistika otağı, 44 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 9482 kitab vardır. Rabitə evində 384 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 176 internet istifadəçisi vardır.
Naxçıvan Muxtar Respublikasında müasir yol-nəqliyyat infrastrukturu daim diqqətdə saxlanılır. Mərkəzlə yanaşı, bölgələrdə də müasir yolların salınması əhalinin təhlükəsizliyini və rahatlığını təmin edir, sosial-iqtisadi inkişafa xidmət göstərir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.