Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı diqqət mərkəzindədir

İnsan sağlamlığının qorunması tibbi xarakterli tədbirlərin təşkili qədər keyfiyyətli ərzaq məhsulları ilə təminatdan da əhəmiyyətli dərəcədə asılıdır. Yerli xammal hesabına fəaliyyət göstərən istehsal müəssisələrinin sayının artması bir tərəfdən keyfiyyətli və ucuz məhsulların istehsalına, digər tərəfdən isə əhalinin maddi rifahının yaxşılaşdırılmasına xidmət edir. Aqrar sahədə qəbul olunan Dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif istiqamətlərinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaradır, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq təsərrüfat ayı olan martda təmizlik, abadlıq, yaşıllaşdırma və təsərrüfat işləri, eyni zamanda milli-mənəvi dəyərlərimizlə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Ardını oxu...

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə tədbirlər keçirilir.

 Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət etmiş, abidə önünə güllər qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.

Ardını oxu...

Sənaye muxtar respublika iqtisadiyyatının lokomotividir

Son illərdə aparılan məqsədyönlü tədbirlər, iqtisadiyyatın bütün sahələrinin, xüsusilə sənayenin davamlı inkişafına yönəlmiş inkişaf strategiyasının düzgün seçilməsi, dövlət proqramlarının vaxtında və uğurlu icrası muxtar respublikada ümumi daxili məhsulun və onun adambaşına düşən hissəsinin ilbəil artımına səbəb olmuşdur. Sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şərait, maliyyə resurslarına sərbəst çıxış imkanları, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi, əlverişli investisiya və biznes mühitinin formalaşmasının nəticəsidir ki, hər il rəqabətədavamlı məhsul istehsal edən müəssisələr istifadəyə verilir, yeni iş yerləri yaradılır, ixracyönümlü məhsul istehsalı artır, ixrac bazarlarının coğrafiyası genişlənir.

Ardını oxu...

Naxçıvanda inkişaf kənddən başlayır

Muxtar respublika əhalisi 463 min nəfər təşkil edir ki, bunun da 65 faizi, yəni 299 min nəfəri kəndlərdə yaşayır. Kənd əhalisinin isə 66 faizi, yəni 197400 nəfəri iqtisadi cəhətdən fəal əhali hesab olunur. Kənd təsərrüfatında çalışanlar isə əsasən bir sıra ənənəvi sahələr hesab edilən heyvandarlıq, əkinçilik, bağçılıq, arıçılıq və bir sıra əl işləri ilə məşğul olurlar. Bununla yanaşı son illər dövlət tərəfindən aparılan ardıcıl tədbirlər sayəsində formalaşan ailə təsərrüfatları öz potensialları və maddi imkanları hesabına kommersiya fəaliyyəti ilə məşğul olurlar.

Ardını oxu...

Naxçıvan "İxrac ili"ni uğurla başa vurub

Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu, həm də istənilən ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə təsir göstərən əsas faktorlar sırasında yer alır.

Ardını oxu...

Özünəməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edib, bu sahədə yeni sosial layihələrin icrasına hərtərəfli şərait yaradıb.

Ardını oxu...

Sirab kəndindəki süd emalı müəssisəsi fəaliyyətini yenidən bərpa edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunun Sirab kəndində 2013-cü ildən fəaliyyət göstərən “İlham” MMC-nin süd emalı müəssisəsi 2014-cü ildən fəaliyyətini dayandırsa da, dövlətimizin sahibkarlara və özəl bölməyə göstərdiyi diqqət və qayğı sayəsində kreditlərdən yararlanaraq fəaliyyətini yenidən bərpa edib. 8 nəfərin işlə təmin olunduğu müəssisədə südün pasterilizə edilməsi, buxar vasitəsilə hazır vəziyyətə gətirilməsi üçün müasir avadanlıqlar quraşdırılıb, lazımi şərait yaradılıb. Burada “Teymuroğulları” əmtəə nişanı ilə qatıq, ayran, dovğa və xama istehsal olunur.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
837261
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
187
88
1063
1509
837261

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915