Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

İSO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair seminar keçirilib

Sentyabrın 17-də Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İSO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair seminar keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və sahibkarlıq subyektilərinin nümayəndələri iştirak edib.

Ardını oxu...

Naxçıvanda indiyədək 4178 kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib

Muxtar respublikada həyata keçirilən uğurlu islahatlar çərçivəsində özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə iş adamlarının aktiv şəkildə cəlb edilməsi, o cümlədən özəlləşdirilən müəssisələrin müasir əsaslarla yenidən qurulması və fəaliyyətinin genişləndirilməsi, özəlləşmənin iqtisadiyyatın inkişafına təsirinin artırılması əsas prioritetlərdəndir. 

Ardını oxu...

Naxçıvanda taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır

Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq təminatı iqtisadi siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlıqda qüvvəli və qaba yem ehtiyatının əldə edilməsində mühüm rol oynayır. Bu baxımdan taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulub.

Ardını oxu...

WorldFood Istanbul Beynəlxalq Qida sərgisində Naxçıvan şirkətləri təmsil olunur

Sentyabrın 9-da İstanbul TUYAP Sərgi  Mərkəzində 29-cu Beynəlxalq “WorldFood Istanbul-2021” qida məhsulları və texnologiyaları sərgisi açılıb.

Dünyanın müxtəlif ölkələrindən qida sənayesində fəaliyyət göstərən 1000-dən çox şirkətin məhsullarının nümayiş olunacağı sərgiyə muxtar respublikada fəaliyyət göstərən “Nur-Qida” MMC-nin, “Müasir Məkan” ət və ət məhsulları və “Savalan-s” kiçik müəssisələrinin nümayəndələri iştirak edir.

Ardını oxu...

Tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsullarının satın alınması barədə ELAN

Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, 2022-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsulları aşağıda qeyd edilmiş qiymətlərlə satın alınacaqdır:

Ardını oxu...

Kənd təsərrüfatının dayanıqlı inkişafı təmin olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. İkinci rübdə proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə başlanılmış, kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsi diqqət mərkəzində olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib. İclası nazir Tapdıq Əliyev açaraq bildirib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük оlunması istiqamətində sоyuducu anbarların və istiхana kоmplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. 

Ardını oxu...

Muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi qadınların da bu sahəyə marağını artırıb

Son illərdə muxtar respublikamızda özəl sektorun inkişaf etdirilməsinə yaradılmış şərait çoxsaylı kiçik sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına səbəb olub. Bu sahədə aparılan islahatların nəticəsidir ki, hazırda muxtar respublikamızda kənd təsərrüfatından tutmuş özəl tibb müəssisələrinədək, un məmulatı sexlərindən dərman bitkilərinin istehsalına kimi xeyli sayda kiçik və böyük sahibkarlıq subyektləri fəaliyyət göstərir. Bu sahədə çalışan qadınlarımızın sayı da az deyil. Onlara hərtərəfli dövlət qayğısı göstərilir.

Ardını oxu...

Əcnəbilərin muxtar respublikada əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi tənzimlənməsi uğurla reallaşdırılır

Naxçıvan Biznes Mərkəzində Dövlət Miqrasiya Xidməti və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi tənzimlənməsi” mövzusunda tədbir keçirilib.

Ardını oxu...

Naxçıvanda ənənəvi məktəbli yarmarkalarına start verilib

Yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat və çevik şəkildə təmin etmək məqsədilə dünən Naxçıvan şəhərindəki Mərkəzi bazarda Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə ənənəvi məktəbli yarmarkası təşkil olunub.
Yarmarkanın açılış mərasimində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, ənənəvi olaraq təşkil edilən məktəbli yarmarkaları muxtar respublikada digər sahələr kimi təhsilin də inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
837803
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
99
330
1605
2051
837803

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915