Naxçıvan, 6 iyul, AZƏRTAC
Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar muxtar respublikada ailə təsərrüfatlarının inkişafını stimullaşdırıb, onların öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb.
Qarpız isti havaların ən sevimli məhsullarından sayılır. Ona görə də, bazarda qarpız çıxan kimi çoxumuz bu bostan məhsulundan alıb dadmaq istəyirik. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər. Qarpızda nitratların norması 60 mq/kq, qovunda isə 90 mq/kq olmalıdır.
Bu gün haqqında söhbət açacağımız məkan muzey kimi fəaliyyət göstərməsə də, 2017-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası ilə bağlı ziyarət olunan obyektlər siyahısına daxil edilən Naxçıvan Biznes Mərkəzidir. Mərkəzin həmin siyahıya salınması heç də təsadüfi deyil. Çünki Naxçıvan Biznes Mərkəzini ziyarət etməklə yerli istehsal məhsullarımız, istehsalçı şirkətlər, iri holdinqlər, ailə təsərrüfatları, bir sözlə, muxtar respublika iqtisadiyyatı haqqında ətraflı məlumat əldə etmək olar. Bu “muzeyin” eksponatları isə yerli istehsal məhsullarıdır desək, yanılmarıq.
Naxçıvan, 2 iyul, AZƏRTAC
“Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin soyuducu anbarı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.
“Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni soyuducu anbarı istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, müasir dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtlərindən biridir.
Əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylarında vacib məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunması üçün görülən tədbirlər sırasında soyuducu anbar komplekslərinin yaradılması mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırır ki, tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlara sata və ya icarə əsasında saxlaya bilərlər. Məhsulların tədarükünə 15 iyul 2021-ci il tarixdən başlanılacaq və dəyəri “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC tərəfindən nəğd formada ödənilməklə aşağıdakı qiymətlərlə qəbul olunacaqdır:
Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası misilsiz inkişaf yolu keçmişdir. Qısa vaxt ərzində belə bir yeniləşmə və yüksəlişə nail olmaq çox çətindir. Muxtar respublikada həmin dövrdə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri, yeni sənaye müəssisələrinin yaradılması, yerli istehsal sahələrinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılan Ukrayna-Azərbaycan İşgüzar Şurasının Bakıda keçirilən ilk iclasında Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov Poltava Ticarət və Sənaye Palatası ilə memorandum imzalayıb.
Naxçıvan, 24 iyun, AZƏRTAC
Bu ilin ötən dövrü ərzində yeni modelləri sırasına daha bir avtomobil əlavə edən Naxçıvan Avtomobil Zavodunda “Changan minik-yük”, “Changan minivan” markalı avtomobillərin istehsalına başlanılıb. Bağlanmış müqavilələrə uyğun olaraq növbəti aylarda 200 ədəd “Lifan 650”, 60 ədəd “Lifan X70”, 76 ədəd “FAW” markalı minik və yük avtomobillərinin istehsalına başlanılması nəzərdə tutulur.