NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 22-i və 23-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində göycə məhsullarının satışı yarmarkası keçiriləcək.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbələrinin “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri Naxçıvan Biznes Mərkəzində olublar.
Yeni şəraitdə qeyri-neft iqtisadiyyatı sahəsində istehsal imkanlarının artırılmasını hədəfləyən ölkəmizdə ən qədim tətbiqi sənət növlərindən olan xalçaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Azərbaycan dövləti xalçaçılığın inkişafına maddi və siyasi dəstək tədbirlərini gücləndirməklə regionlarda iqtisadi aktivliyi təmin etmək, xarici bazarlara özəl sektorda ixrac həcmlərini artırmaq kimi məqsədləri hədəfləyib. Xalçaçılığın inkişafına ciddi diqqət yetirməklə ilk növbədə milli dəyərimiz olan Azərbaycan xalçası yaşadılaraq gələcək nəsillərə ötürülür. Digər tərəfdən isə dünya bazarında bahalı məhsullar kateqoriyasına daxil olan xalça satışından ölkəmizə xeyli valyuta gələcək.
Naxçıvan, 17 may, AZƏRTAC
Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi aqrar sahədə həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər muxtar respublikamızda arıçılığın da inkişafına geniş perspektivlər açır.
Muxtar respublikada əhalinin, ailə və fərdi təsərrüfatların artan tələbatı nəzərə alınaraq yerli məhsulların istehsalı və çeşidi artırılır. “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətində ətlik və yumurtalıq “Serebrist” və digər sort cücələrin satışına başlanıb. Ailə və fərdi təsərrüfatların yumurta və cücəyə olan tələbatını ödəmək məqsədilə müəssisə tərəfindən “Serebrist” sort damazlıq yumurta gətirilərək xüsusi nəzarət altında inkubatora yerləşdirilib. Ətlik və yumurtalıq damazlıq cücə çıxarılaraq alıcılara təklif edilir.
Güzəştli kreditlərdən istifadə qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmış, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənmişdir. 2020-ci ildə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 37 milyon 676 min 800 manat kredit verilmişdir ki, bunun 15 milyon 577 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşmüşdür. 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən 1536 layihənin maliyyələşdirilməsinə 169 milyon 388 min 854 manat güzəştli kreditlər ayrılmışdır.
Muxtar respublikadakı əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, mebel sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni mebel istehsalı müəssisələri açılır. Belə müəssisələrdən biri “Şahin Şah” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Muxtar respublikanın müasir mebel istehsalçılarından biri olan “Şahin Şah” MMC 1998-ci ildən fəaliyyətə başlayıb. Əsas fəaliyyəti mebel istehsalı və satışı olan müəssisə xarici bazarlarda bir marka kimi tanınmaq üçün uğurla irəliləyir, daim müştərilərinə keyfiyyətli məhsullar təqdim etməyə çalışır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbələri Naxçıvan Biznes Mərkəzində olublar.
Əvvəlki illərdə olduğu kimi, bu ilin ötən dövründə də muxtar respublikada sahibkarlıq sahələri daim dövlət tərəfindən dəstəklənib, özəl sektorun maliyyə resurslarına çıxış imkanları asanlaşdırılıbdır. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar da xarici ticarətin sürətli inkişafına zəmin yaradıbdır. Sahibkarların maarifləndirilməsi, onlara texniki və metodik dəstək göstərilməsi istiqamətində mütəmadi seminarlar və treninqlər təşkil olunub, məhsulların virtual məkanda təbliği, satışı şəbəkəsinin genişləndirilməsi, yeni məhsulların yaradılması, inkişaf etdirilməsi və digər bir çox sahədə lazımi dəstək göstərilibdir.