Dekabrın 19-da Duzdağda yeni şaxta açılması münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib.
Naxçıvan duzunun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulacaqdır. Müasir avadanlıqlarla təmin ediləcək müəssisədə istehsal prosesi avtomatlaşdırılacaq və illik istehsal gücü 15 min ton olacaqdır.
17 dekabr 2019-cu il tarixdə Bakı şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Azərbaycan-Ukrayna Biznes Forumu” keçirilib.
Qanun ilə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri 26 milyard 894 milyon 700 min manat məbləğində təsdiq edilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev təsis olunan Ailə Təsərrüfatları İctimai Birliyinin qarşısında duran vəzifələri diqqətə çatdırıb və birliyin işinin aparılması qaydaları barədə məlumat verib.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir. Ulu öndəri dərin hörmət və ehtiramla yad edirik !