Muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi, təbliği və inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması, yeni iş yerləri yaradılması, xalçaçılıq sahəsində ixtisaslı kadrların formalaşması, “Naxçıvan Xalçasının” rəqabət qabiliyyətinin və ixrac potensialının artması, Naxçıvanın tarixi xalçaçılıq mərkəzinə xas olan qədim çeşnilərin bərpa edilməsi və tarixi adın özünə qaytarılması yeni mərhələnin başlanğıcına çevrilmişdir.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində şən mahnılar səsləndirilib, muxtar respublikada fəaliyyət göstərən 26 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.
İqtisadiyyat Nazirliyində təşkil edilmiş 6 həftəlik istehsalat təcrübəsi başa çatıb. Bu məqsədlə dekabrın 30-da "Naxçıvan" Universitetində yekun tədbiri keçirilib. Tədbirdə muxtar respublika iqtisadiyyatının inkişafı istiqamətində görülən məqsədyönlü işlərdən danışılıb, insan kapitalının formalaşması üçün istehsalat təcrübəsinin önəmi vurğulanıb.
Dekabrın 28-də Kəngərli rayonunun Böyükdüz kəndində yeni xidmət mərkəzi istifadəyə verilib. Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq dekabrın 28-də İqtisadiyyat Nazirliyinin kollektivi Naxçıvan Biznes Mərkəzində olublar.