Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları, "Xəyal" və "Nuh yurdu" iaşə obyektlərinin nümayəndələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Əlahiddə Ümumqoşun Ordunun əsgərləri ilə görüşüb, onlara bayram sovqatı təqdim ediblər.
26 dekabr 2019-cu il tarixdə Türkiyə Respublikasının Ticarət naziri Ruhsar Pekcan və onu müşayiət edən nümayəndə heyətininin ölkəmizə səfəri çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilmişdir. Görüşdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev iştirak etmişdir.
Bugün də məhsul bolluğu və alıcı sıxlığı ilə müşahidə olunan yarmarkada 140 ailə təsərrüfatının və 42 sahibkarlıq subyektinin müxtəlif növ və çeşiddə məhsulları böyük rəğbətlə qarşılandı.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən "İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri", “Naxçıvan Muxtar Respublikasının Sənayesi", “Məhsulların ixracı və investisiya fəaliyyəti” və "Mərkəzi Qida Sınaq Labaratoriyasının fəaliyyəti" mövzularında çıxışlar olmuş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Dekabrın 25-də “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı sahəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.