Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafı da daim diqqət mərkəzində saxlanılır. Diyarımızda aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub. O cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan verib, kənd təsərrüfatının ayrıayrı sahələri üzrə uğurlu nəticələr qazanılıb.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq noyabrın 28-də Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrə görüş keçirilmişdir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq noyabrın 27-də Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” və "Menecment" ixtisaslarında təhsil alan tələbələrə görüş keçirilmişdir.
Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Forumda hər iki ölkənin dövlət təşkilatlarının rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər. Noyabrın 23-də forum işini Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi-Kompleksindəki “Kosmos” pavilyonunda davam etdirmiş. Həmin gün, həmçinin "Azərbaycan" pavilyonunun açılışı olmuşdur.