Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı və sahibkarların iştirakı ilə nağdsız ödəniş əməliyyatlarının həcminin artırılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin yüksək səviyyədə dəstəklənməsi, bu sahənin inkişafına ayrılan uzunmüddətli və güzəştli kreditlər kiçik və orta sahibkarlıq subyektlərinin, o cümlədən ailə təsərrüfatlarının formalaşmasına geniş imkanlar açıb.
Noyabrın 14-də Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb. Səfirə məlumat verilib ki, mərkəzin sərgi salonunda 96 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 120 ailə təsərrüfatında istehsal edilən məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.
Muxtar respublikamızda dövlət tikintisinin həyata keçirilməsi, əhali tərəfindən yeni evlərin tikilməsi, eləcə də istehsal və xidmət sahələrinin yaradılması dam örtüklərinə və istilik panellərinə olan tələbatı daha da artırır. “Cahan Sənaye Kompleksi” MMC-də istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi daxili tələbatın keyfiyyətli məhsullarla tam ödənilməsinə imkan verir.