29 oktyabr 2019-cu il tarixində Bakı şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya İşgüzar Görüşü keçiriləcəkdir.
Bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi fəallıqda əsas yeri sahibkarlıq subyektləri tutur. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal və emal sahələrinin, həmçinin müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyinin göstərilməsi əhəmiyyətli investisiya mənbəyidir.
İqtisadiyyatın mühüm istiqamətlərindən biri də ailə təsərrüfatlarının formalaşması və gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsidir. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2017-2022-ci illərdə arıçılığın inkişafı üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar Culfa rayonunun Milax Kənd Mərkəzində seminar-müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Baytarlıq Xidmətinin, Ekologiya Nazirliyinin...
Ardıcıl tədbirlərin davamı olaraq ötən gün Şərur rayonunun Alışar kəndində də xidmət mərkəzi istifadəyə verilmişdir. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Kənddəki ailə təsərrüfatlarında istehsal olunan 80 adda məhsul alıcılara təklif olunur. Mərkəzdə 6 nəfər işlə təmin olunmuşdur. Alışar kəndində xidmət mərkəzinin istifadəyə verilməsi kəndin inkişafına və sakinlərin rahat yaşayışına xidmət edir.