Yerli brendin yaradılması və ona müsbət imicin qazandırılması ölkə məhsullarının cəlbediciliyinin yüksəldilməsinin ən güclü alətlərindən hesab edilir. Belə ki, brend yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir. Brendin əsas xüsusiyyətlərindən biri də davamlı müvcud olan böyük miqdarda sadiq istehlakçıların olmasıdır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyev adına sarayda keçirilən sərgi-satışda iştirak edib. Artıq 6 gündür davam edən sərgidə məhdud fiziki imkanlıların, evdar qadınların, qadın məhkumların, o cümlədən Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların və rəssamların əl işləri nümayiş olunur.
Artıq 100 ildir ənənəvi olaraq təşkil olunan “Anuga” beynəlxalq ərzaq sərgisi bu il 05 oktyabr tarixdən Almaniya Federativ Respublikasının Köln şəhərində 2019-cu il üçün öz fəaliyyətinə başlayır. Dünyanın öndə gələn iri istehsalçılarını və sərmayəçilərini bir araya gətirən sərginin keçirilməsində əsas məqsəd ərzaq sektorunda dünya trendlərini və ən son yenilikləri ziyarətçilərə təqdim etməkdir.
Muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə əsas hədəflərdən biri də ailə təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu sahəyə diqqətin daha da artmasına səbəb olmuşdur.
“Cahan TabakBeynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildən “Cahan Holdinq”Kommersiya Şirkətlər İttifaqının bir müəssisəsi olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayıb.