Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır.
Cari ilin avqust ayı ərzində Nazirliyin normativ hüquqi bazasının təkmilləşdirilməsi, yeni qəbul olunmuş, əlavə və dəyişikliklər edilən normativ hüquqi aktların icraya yönəldilməsində operativliyin təmin edilməsi məqsədilə “Reklam haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Dövlət satınalmaları haqqında” və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunlarının;
Naxçıvan Avtomobil Zavodunda 2020-ci ilin birinci yarısında müxtəlif təyinatlı marka və modellərdə avtomobillərin, o cümlədən motosikletlərin istehsalına başlanılacaq.
Bununla bağlı olaraq Naxçıvan televiziyasının "YouTube" səhifəsində daha ətraflı məlumat (videomaterial) yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər görülmüş, 6 istehsal sahəsinin yaradılması başa çatdırılmışdır. Mineral su istehsalı, qaynaq çubuğu, plastik səbət, xalçatoxuma, yun və boyaq bitkilərinin tədarükü, süd emalı, heyvandarlıq, arıçılıq təsərrüfatları, istixana, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 39 sahənin yaradılması davam etdirilmişdir.
Bu sözləri sentyabrın 16-da Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib.
Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipi əlaqələrimizin inkişafında möhkəm təməldir. Dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsini şərtləndirən əsas amillərdir.