Babək rayonunun Kültəpə kəndində Məhəmmədəli Məmmədova məxsus süd emalı müəssisəsində südçülüklə məşğul olan ailə təsərrüfatçıları ilə birgə maarifləndirici tədbir keçirilib.
“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq bildirib ki, Naxçıvanda özəl sektorun əsas istiqamətlərindən biri olan turizmin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək məqsədi ilə yaradılan Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 19 ailə təsərrüfatına 215 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 30 aprel tarixli 27-V FR nomrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 3.1.2-ci bəndinə müvafiq olaraq hazırlanmış elan, İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının elanlar bölməsində yerləşdirilmişdir.