Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən ticarət, sənaye, energetika, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı, maliyyə, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 300-dək iş adamı iştirak edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki mərkəzi bazarda və bütün rayon mərkəzlərində ənənəvi məktəbli yarmarkaları sentyabrın 15-i başa çatacaq.
“Mən bu ilin iyul ayının sonunda İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətlisəfiri təyin edilmişəm. Çox sevinirəm ki, Azərbaycanın bölgələrindən ilk dəfə məhz Naxçıvana səfər etmişəm”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre deyib.
Əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylarında vacib məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunması üçün görülən tədbirlər arasında soyuducu anbar komplekslərinin yaradılması mühüm əhəmiyyət daşıyır.