Sentyabrın 12-də Rusiyanın Sverdlovsk vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və sair sahələrdə fəaliyyət göstərən 120-dən çox iş adamı iştirak edib.
Sentyabrın 12-də İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.
Ordubad rayonunun Sabirkənd yaşayış məntəqəsindəki kənd mərkəzində “Ailə təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun keçirilməsi və torpaqlardan səmərəli istifadə olunması, meyvə-tərəvəz, bostan məhsullarının qurudulması və qablaşdırılması, eləcə də Naxçıvan qovurması istehsalının genişləndirilməsi və həmin məhsulların nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanmasının əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib.
Sentyabrın 9-da Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq Şöbəsinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanış olublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Culfa rayonunun Ərəfsə kəndində rayonda fəaliyyət göstərən ailə təsərrüfatı sahiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib.