Nazirliyin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşüb

   “Ali və orta ixtisas təhsilli müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” və "Menecment" ixtisasında kadr hazırlığı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün  tədbirlər planı hazırlanmışdır. 

Ətraflı: Nazirliyin əməkdaşları Naxçıvan...

Sentyabrın 24-də Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb

   Sentyabrın 24-də Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində  Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb.

Ətraflı: Sentyabrın 24-də Gürcüstanın...

Naxçıvan məhsulları “Worldfood Moscow 2019” sərgisində nümayiş olunur

   Babək "Sirab" ASC-nin nümayəndəsi sentyabrın 24-27-də Rusiyanın paytaxtında keçirilən Moskva Beynəlxalq Qida Sərgisində (“World Food Moscow”) iştirak edir.  Sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunur.

Ətraflı: Naxçıvan məhsulları “Worldfood Moscow...

Nazirliyin əməkdaşı Almaniya Federativ Respublikasında keçirilmiş təlimdə iştirak edib

   Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” texniki yardım layihəsi çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə 15-21 sentyabr 2019-cu il tarixlərində Almaniya Federativ Respublikasında keçirilmiş təlimdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Səfərəli Səfərli iştirak etmişdir.

Ətraflı: Nazirliyin əməkdaşı Almaniya...

Sahibkarlıq subyektləri tərəfindən mövcud ticarət qaydalarına əməl edilməsi istiqamətində hüquqi maarifləndirmə

  İstehlakçıların hüquqlarının müdafiəsi hər zaman dövlətin prioritet istiqamətlərindən biri olmuşdur və son illər bu sahədə əhəmiyyətli işlər gürülməkdədir. İstehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunmasında dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən sahibkarların da üzərinə böyük vəzifələr düşür.

Ətraflı: Sahibkarlıq subyektləri tərəfindən...