Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını nəzərdə tutan yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatlar yenilənmişdir

        “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” nın 3.1.4-cü bəndinə müvafiq olaraq yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatlar İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələri tərəfindən müəssisələrdən alınaraq ümumiləşdirilmişdir. Potensial istehsalçıların siyahısı aşağıdakı kimidir.

Ətraflı: Ərzaq məhsullarının mərkəzləşdirilmiş...

Muxtar respublikada məktəbli yarmarkaları fəaliyyətə başlamışdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən hər il muxtar respublikada təhsil alan şagirdlərin və müəllim heyətinin artan tələbatını layiqincə ödəmək, süni qiymət artımının qarşısını almaq və məktəblilərin seçim imkanlarına şərait yaratmaq məqsədilə  Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki mərkəzi bazarda və bütün rayon mərkəzlərində ənənəvi məktəbli yarmarkası təşkil olunur.

Ətraflı: Muxtar respublikada məktəbli...

Kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad edildi

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

          Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilib.

         Bu dəyişikliklə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Ətraflı: Kənd təsərrüfatı texnikasının ehtiyat...

Seminar-müşavirə keçirilib

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Kəngərli rayonunun Yurdçu kəndində rayonda fəaliyyət göstərən ailə təsərrüfatı sahiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Ətraflı: Seminar-müşavirə keçirilib

İqtisadiyyat Nazirliyinin fəaliyyəti işıqlandırılmışdır

    Naxçıvan Televiziyasının 23 avqust 2019-cu il tarixdə saat 18:20-də yayımlanan növbəti "İqtisadiyyat" verilişinin qonaqları, Nazirliyin əməkdaşı Rəmzi Əlizadə və İqtisadçı-ekspert Ceyhun Mahmudov olmuşdur. Əməkdaşımız, verilişin aparıcısı Nicat Quliyevin suallarını cavablandırmış və Nazirliyin fəaliyyəti haqqında geniş məlumat vermişdir.        

Ətraflı: İqtisadiyyat Nazirliyinin fəaliyyəti...