Son illər muxtar respublikamızda yaradılmış əlverişli şərait hesabına sahibkarlıq subyektləri öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı qazanıblar. Bu cəhətdən xarici ölkələrdə təşkil olunan beynəlxalq tədbirlər mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilən beynəlxalq sərgilərdə və bir sıra tədbirlərdə sahibkarların iştirakı təmin olunmaqla, onlara öz məhsul və xidmətlərini nümayiş etdirmək imkanları yaradılır.
2010-cu ildən fəaliyyətə başlayan “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti bu gün əhaliyə yüksəkkeyfiyyətli avtomobillər təqdim edir, sərfəli xidmətlər göstərir. İlbəil öz əhatə dairəsini daha da genişləndirən müəssisənin artıq texniki xidmət bölmələri və avtomobil ehtiyat hissələrinin satışı mağazalarının yaradılmasına başlanılıb.
Zəhmət uğurun açarıdır
Muxtar respublikada dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi və təkmilləşdirilməsi qadınların da sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına stimul verib. Hazırda sahibkar qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır, muxtar respublikamızın sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər.
11-15 fevral tarixlərdə Rusiyanın Ticarət-Sənaye Palatasının himayəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Eksposentr” Mərkəzi Sərgi Kompleksində “Prodekspo – 2019” sərgisi açılıb.
15 mart – Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də qeyd edilir. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir.