Beynəlxalq təlim-seminarda muxtar respublika barədə təqdimat olub

Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Yaponiyanın Obihiro şəhərində “Kənd təsərrüfatı siyasəti” mövzusunda təlim-seminar keçirilib. Seminara Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin baş məsləhətçisi İlqar Quluzadə Azərbaycan nümayəndə heyətinin tərkibində seminarda iştirak edib.

Ətraflı: Beynəlxalq təlim-seminarda muxtar...

Berlində keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində Naxçıvan məhsulları nümayiş etdirilir

Yanvarın 18-də Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” sərgisi və kənd təsərrüfatı nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumu keçirilib. Dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində Azərbaycan ayrıca stendlə təmsil olunur.

Ətraflı: Berlində keçirilən “Beynəlxalq Yaşıl...

“Şərur broyler” daxili bazarın yüksəkkeyfiyyətli quş əti ilə təmin olunmasına öz töhfəsini verir

Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ona görə də sahibkarlığın inkişafına geniş meydan verilməsi və bu sahəyə dövlət yardımının ilbəil artırılması böyük əhəmiyyətə malikdir.

Ətraflı: “Şərur broyler” daxili bazarın...

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla başa çatdırılıb

Ölkə iqtisadiyyatında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri qəbul olunan Dövlət proqramlarının uğurla həyata keçirilməsidir.

Ətraflı: “Naxçıvan Muxtar Respublikasının...

“Berlin Travel” Naxçıvan məhsulları haqqında video paylaşıb

Hər il ənənəvi olaraq Almaniyanın Berlin şəhərində keçirilən “Beynəlxalq yaşıl həftə” satış sərgisində nümayiş olunan ekoloji təmiz Naxçıvan məhsullarına dünyanın hər yerində maraq yaranmaqdadır. Bu yaxınlarda YouTube video hostinqində “Berlin Travel” adlı istifadəçi tərəfindən yarım milyona yaxın insanın ziyarət etdiyi bu sərgidə təklif olunan Naxçıvan məhsulları haqda maraqlı videomaterial yerləşdirilib.

Ətraflı: “Berlin Travel” Naxçıvan məhsulları...