İqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bu günlərdə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İran biznes-forumu keçirilib. Tədbirdə hər iki tərəfdən turizm, sənaye, əczaçılıq, tikinti, ticarət, tekstil, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.

Ətraflı: İqtisadi əməkdaşlığın...

İnvestisiya reytinqinin qalibi Naxçıvan

Müasir dövrdə iqtisadi, sosial və mədəni sahədəki nailiyyətləri ilə diqqətləri özünə cəlb edən Naxçıvan Muxtar Respublikası innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişaf modeli qurmaq yolunda mühüm irəliləyişlər əldə edib. Dinamik və dayanıqlı inkişafa nail olmaq üçün muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biri olan investisiya qoyuluşları sahəsində əldə edilən uğurlar isə daha qabarıq olub.

Ətraflı: İnvestisiya reytinqinin qalibi Naxçıvan

Dövlət proqramı uğurla icra olunur

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan dövlət pro-qramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaratmış, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olmuşdur.

Ətraflı: Dövlət proqramı uğurla icra olunur

Dövlət dəstəyindən bəhrələnən ailə təsərrüfatlarının inkişafında qadınlarımızın da özünəməxsus rolu vardır

Muxtar respublikamızda iqtisadi inkişafa mühüm töhfə verən ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Hazırda muxtar respublikamızda heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. 2019-cu il muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilib.

Ətraflı: Dövlət dəstəyindən bəhrələnən ailə...