2019-2020-ci tədris ilinin payız semestrinin istehsalat təcrübəsinə başlanılıb

   “Naxçıvan” Universitetinin 2019-2020-ci tədris ilinin payız semestrinin istehsalat təcrübəsinə start verilib. 93 nəfər IV kurs  tələbəsi istehsalat təcrübəsində iştirak edəcək. Onlar  Naxçıvan Muxtar Respublikasının Maliyyə, İqtisadiyyat nazirlikləri,  Turizm Departamenti,  Mərkəzi Bank,  Dövlət Miqrasiya Xidmətində 7 həftəlik təcrübədə olacaqlar.

Ətraflı: 2019-2020-ci tədris ilinin payız...

Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində yeni xidmət mərkəzi istifadəyə verilib

      Noyabrın 8-də Şərur rayonununYeni Havuş və Xətai kəndlərində yeni xidmət mərkəzi istifadəyə verilib. Mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Mağazada əsasən yerli sənaye və ərzaq məhsulları, o cümlədən ailə təsərrüfatlarında istehsal olunmuş  məhsullar da satışa çıxarılmışdır. 

Ətraflı: Şərur rayonunun Yeni Havuş və Xətai...

Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

   Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 250 000 (iki milyon iki yüz əlli min) manat ayrılsın.

Ətraflı: Naxçıvan Muxtar Respublikasında əkin...

Ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə daim nəzarət edilir

   Cari ilin oktyabr ayı ərzində  “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 38 mal çeşidini əhatə edən 70 halda səyyari, 211 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış laboratoriya təhlilləri 137 yerli istehsal və 74 idxal məhsullarını əhatə etmişdir.

Ətraflı: Ərzaq məhsullarının təhlükəsizliyinə...