Son illərdə muxtar respublika iqtisadiyyatında sahibkarlıq sahəsində həyata keçirilən kompleks tədbirlər, əlverişli investisiya və biznes mühitinin formalaşdırılması sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir.
2020-ci ilin muxtar respublikada ixrac ili elan olunması yerli istehsal məhsullarının ixrac imkanlarını genişləndirilməsinə və yeni ixrac bazarlarının müəyyənləşdirilməsinə geniş imkanlar açmışdır.
“Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində rayonun Cəlilkəndində də yeni içməli su şəbəkəsi qurulub.
İyulun 24-də kənddə içməli su şəbəkəsinin açılışı olub.
İyulun 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə “Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda onlayn müzakirə keçirilib.
2020-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafı
Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin yanvar-iyun aylarında da davam etdirilmişdir.
2020-ci ilin ilk yarımilində inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 310 milyon 168 min 700 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 2847,6 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 58 faiz təşkil etmişdir.
Culfa rayon Camaldın kəndində fəaliyyət göstərən "Əylis" un dəyirmanında "Nuranə" əmtəə nişanı ilə un istehsal olunur. Gün ərzində 30 ton məhsul istehsal etmək gücündə olan dəyirman təkcə culfalıların deyil, qonşu rayonların sakinlərinin də una olan tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir.
2018-ci il iyunun 30-dan indiyədək TANAP-la Türkiyəyə 6 milyard kubmetr təbii qaz nəql edilib.
“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumatına görə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb.
Sosial iqtisadi tərəqqinin əsas təkanverici qüvvələrindən biri sahibkarlığın inkişafıdır. İqtisadi sahədə həyata keçirilən məqsədönlü tədbirlər sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək rəqabətədavamlı və ixracyönümlü məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir.
Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri ailə təsərrüfatlarıdır. Son dövrlərdə ailə təsərrüfatlarının formalaşması, gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də fəaliyyətlərinin stimullaşdırılması məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır.