İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Ağcabədi-2”elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
İyunun 3-də Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına müəssisə barədə ətraflı məlumat verib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,14 ABŞ dolları, yaxud 5,61% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,28 ABŞ dolları təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib.
Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes-klubunun təşəbbüsü ilə Azərbaycanın və Rusiyanın müxtəlif ölkələrdə yerləşən ticarət nümayəndələrinin onlayn görüşü təşkil olunub.
İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir.
Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənətkarlar üçün ən gəlirli məşğuliyyət növlərindən olmuş, Azərbaycan xalçaları bütün dünyada özünəməxsus ornamentləri ilə seçilmişdir. Xalqın qədim tarixi ənənələrinin yaşadılmasında mühüm vasitələrdən biri olduğu üçün bu gün xalça sənətinin inkişafına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanına dəyişiklik edilməsi və dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yarıdılması ilk demokratik respublikanın fəaliyyət başlaması ilə nəinki xalqımızın, bütünlükdə müsəlman Şərqinin tarixində mühüm bir hadisə idi.