Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.
Prezident İlham Əliyev zavodu işə salıb.
İyunun 24-də Samux rayonunun Qaraağaclı kəndində “Aqro Dairy” MMC-nin aqroparkının təqdimatı olub, buğda biçininə və qarğıdalı səpininə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aqroparkının fəaliyyəti ilə tanış olub.
Sahəsi 5 min hektardan və ümumi dəyəri 65 milyon manatdan çox olan layihə çərçivəsində Qarasaqqal su kanalında nasos quraşdırılıb, 5,4 min kubmetrlik iki su anbarı, su hovuzları və saxlama anbarları tikilib. Aqroparkda istifadə olunması üçün 20 adda 91 ədəd texnika və aqreqat alınıb. 2019-cu ilin payızında 2 423 hektar sahədə buğda və 222 hektar sahədə arpa əkilib. Bu ilin yazında 74 hektar sahədə şəkər çuğunduru əkilib və taxıl biçini aparılan ərazilərdə qarğıdalı əkini nəzərdə tutulub.
Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dəzgahqayırma, elektrotexnika və yol-inşaat maşınları , məişət kondisionerləri və digər sahələr inkişaf etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il iyunun 23-də Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşı da var. "İnvestisiyaların təşviqi və ixraca dəstək" şöbəsinin müdiri Abdinov Orxan Rza oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 0,14% azalaraq 1 barelə görə 43,02 dollar təşkil edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Rusiyanın Sənaye və Ticarət Nazirliyinin, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın inkişafı” mövzusunda videokonfrans formatında görüş keçirilib.
Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanunu imzalayıb.
İxrac hər bir ölkənin davamlı iqtisadi artımının təmin olunmasında vacib rol oynayır. Məlum olduğu kimi ixracın artması bir tərəfdən milli gəlirin yüksəlməsi ilə yanaşı, digər tərəfdən xarici valyuta ilə bağlı çətinlikləri aradan qaldırmaqla ümumi iqtisadi inkişafa öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması isə yerli istehsalçılara ixrac imkanlarından tam yararlanmaq fürsəti yaradır.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə iyun ayında virtual formatda Azərbaycan–Türkiyə Sahibkarlar Forumunun keçirilməsi planlaşdırılır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, forumun məqsədi gənc sahibkarlara, startaplara məlumat mübadiləsi və əməkdaşlıq imkanı yaratmaq, ticarət və biznes əlaqələrinin genişləndirilməsinə dəstək olmaqdır.