"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi onlayn Silikon Vadisi Akselerasiya proqramını elan edib. İntensiv Akselerasiya proqramı startaplara beynəlxalq bazarlara daxil olmağa kömək edəcək.
Proqram çərçivəsində hər həftə komandalara həftəlik mövzu ilə əlaqəli tapşırıqlar veriləcək ki, bu da onları hədəflərinə nail olmağa daha da yaxınlaşdıracaq. Akselerasiya proqramı "Demo Day" ilə başa çatacaq. Məzun olan komandalar investorlar və mütəxəssislər qarşısında çıxış edərək investisiya almaq imkanı əldə edəcəklər.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,33 ABŞ dolları, yaxud 0,79% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,04 ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadiyyatın bir çox sahələrini əhatə etməklə muxtar respublikanın hərtərəfli inkişafına yönəldilmişdir.
Qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan nəzarət tədbirlərinin bir hissəsini yerli istehsal və idxal məhsullarının mikrobioloji, toksikoloji, orqanoleptik, və fiziki-kimyəvi göstəricilərinin yoxlanması təşkil edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəznində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq laboratoriyası ən müasir avadanlıqlarla yüksək keyfiyyətli xidmət göstərir.
Bu gün dünyanı bürüyən pandemiya və bununla yanaşı, neftin qiymətinin ucuzlaşması bir çox ölkələrin iqtisadi vəziyyətinə mənfi təsir göstərib. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı və milli iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar artıq öz müsbət nəticələrini göstərir. Azərbaycan Prezidentinin ölkəmizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına cəlb etməsi və Cənub-Şərqi Asiyadan Avropaya və əks istiqamətə yüklərin Azərbaycan üzərindən daşınması deyilənləri sübuta yetirir.
Artıq dondurma mövsümü başlayıb. Bu gün, demək olar, bütün marketlərdə dondurmalar satılır. Muxtar respublikada yerli istehsalla yanaşı, idxal dondurmalar da satılır. Dondurma həssas qida olduğu üçün kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Normativ-texniki sənədlərlə müəyyən edilmiş rejimdə saxlanılmalı olan dondurma məhsulları istehlakçıya satış zamanı ixtisaslaşdırılmış vitrinlərdən istifadə olunmaqla təqdim olunmalıdır. Bu baxımdan həm istehlakçılar, həm də topdan və pərakəndə satış obyektlərinin satıcıları dondurma alarkən və satışını həyata keçirilərkən diqqət etməli olduqları bəzi zəruri məsələləri bilməlidirlər.
Naxçıvanda 2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını daha da artırıb,yeni emal və istehsal sahələrinin yaradılmasına stimul verib. Cari ilin yanvar-may ayları ərzində Babək rayonunda dövlət maliyyə dəstəyi hesabına 12, özəl investisiya hesabına 4 olmaqla, ümumilikdə 16 layihə əsasında sahibkarlıq subyektinin yaradılması başa çatdırılıb,6 yeni layihə əsasında təsərrüfat, yaxud istehsal sahəsinin yaradılması davam etdirilib.
15 iyun xalqımızın dövlətçilik və özünə qayıdış tarixində mühüm rol oynayan gündür. Bu tarixi günün qalibi Azərbaycan xalqı, müəllifi isə bu qalibiyyəti xalqına əbədi olaraq bəxş etmiş ümummilli liderimiz Heydər Əliyevdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etsə də, qısa müddətdə ölkəmiz bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. Yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunacaq.
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə “2020-Turizm sahəsi üçün böhranlı il. Azərbaycan və Rusiyanın anti-böhran təcrübəsi” mövzusunda onlayn müzakirələr aparılıb. Tədbirdə Azərbaycanın Rusiyadakı ticarət nümayəndələri, Biznes Klubunun icraçı direktoru, “Russian Business Guide” jurnalının baş redaktoru , Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi, Azərbaycan Turizm Bürosunun departament müdiri, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, Rusiyanın Ticarət və Sənaye Palatasının departament müdirinin müavini , turizm şirkətlərinin və digər qurumların nümayəndələri iştirak ediblər.