Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində Ticarət Nümayəndəliyinin və Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan şərablarının dequstasiyası ilə bağlı videokonfrans formatında master-klas təşkil olunub.
Bu həftə ərzində (1-5 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 4,69 ABŞ dolları və ya 13,1% artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 40,53 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 43,38 dollar təşkil edib, ən minimal göstərici isə 38,14 dollar səviyyəsində olub.
Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün pandemiyadan zərər çəkmiş 28 213 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 113 495 fərdi (mikro) sahibkar, cəmi 141 708 vergi ödəyicisi müraciət edib.
“Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Muxtar respublikada pandemiyadan zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 4 iyun 2020-ci il tarixə muxtar respublikada pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 1983 vergiödəyicisinə 2 milyon 205 min 438 manat vəsaitin həmin sahibkarların bank hesabına köçürülməsi təmin edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin əməkdaşları Duzdağda yeni açılan şaxta və ərazidə qurulan yeni duz istehsalı müəssisəsinə yeni elektrik xətləri çəkirlər. Sement zavod yarımstansiyasından qidalanacaq 35 kv-luq yeni elektrik xətti 3,5 km uzunluğunda olacaq.
Kəngərli rayonunun Qarabağlar, Çalxanqala, Babək rayonunun Yuxarı Buzqov, Çeşməbasar kəndlərindəki ocaqlardan çıxarılan olive, travertin, bej, sianit və qara mərmər müasir avadanlıqların köməyi ilə kəsilir. Artıq qalan daşlardan, qırıntılardan isə müxtəlif ölçü və çeşidlərdə material istehsal edilir. İstehsal olunan travertin, mərmər və digər daşlardan maraqlı mozaikalar hazırlanır.
Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Naxçıvan Muxtar Respublikasında inkişafında mühüm rol oynayır. Bu tədbirlər çərçivəsində, Prezident İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanı əsasında Şərur Sənaye Məhəlləsinin yaradılması davam etdirilir.
Muxtar respublikada pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir. Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 02 iyun 2020-ci il tarixə muxtar respublikada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 1377 vergiödəyicisinə 1 milyon 909 min 790 manat məbləğində vəsait həmin sahibkarların bank hesablarına köçürülüb.