Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

“Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib

  Naxçıvan Muxtar Respublikası zəngin mineral su ehtiyatlarına malikdir. Bu gün muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafı təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib. “İxrac ili”ndə Badamlı mineral suyunun şöhrətinin geri qaytarılması və yeni zavodun tikilməsi də bu sahədə görülən işlərin davamıdır.  Mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib.

Ardını oxu...

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və s. barədə ətraflı məlumat verib.

Ardını oxu...

Sahibkarlığın hərtərəfli inkişafı diqqətdə saxlanılır

  İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir.

Ardını oxu...

Muxtar respublikanın ixrac imkanlarının artırılması istiqamətində işlər davam etdirilir

Müasir dövrdə dövlətin sosial-iqtisadi inkişafının əsasını təşkil edən əsas amillərdən biri də ixracdır. Bu səbəbdən xarici ticarət dövriyyəsinin həcminin davamlı olaraq genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına imkan yaradır.

Ardını oxu...

İqtisadiyyat nazirliyinin əməkdaşı onlayn konfransda iştirak edib

  Mayın 20-də “Naxçıvan” Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Naxçıvan MR-də kiçik və orta sahibkarlığın inkişafı: vəzifələr və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı iştirak edib.

Ardını oxu...

Əhalinin damazlıq quşçuluq məhsullarına olan tələbatının ödənilməsi təmin olunur

Muxtar respublikada əhalinin etibarlı ərzaq təminatında quş əti məhsulları və yumurta isethsalı üzrə ixtisaslaşmış müəssisələrin böyük payı var. Belə ki, əhalinin bu kateqoriya ərzaq məhullarına olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Muxtar respublikada quşçuluq təsərrüfatı üzrə ixtisaslaşmış istehsal müəssisələrindən biri də “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə nəinki quş əti və yumurta, həmçinin damazlıq yumurta və cücə istehsalı sahələri də fəaliyyət göstərir.

Ardını oxu...

Muxtar respublikada meyvə və tərəvəzə olan tələbat yerli istehsal hesabına ödənilir

Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir. Ərazinin ekoloji baxımdan əlverişli olması və qədim təsərrüfatçılıq ənənələri burada özünəməxsus dada, keyfiyyətə, əmtəə görünüşünə malik müxtəlif meyvə sortlarının becərilməsinə imkan verir.

Ardını oxu...

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak edib

Mayın 18-də Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun 2-ci iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksək səviyyəli şəxslər iştirak edib.

Ardını oxu...

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiq olunub

İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiq edilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Fərman imzalayıb.

Ardını oxu...

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyinin əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiq olunub

İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Fərman imzalayıb.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
835881
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
129
1533
1741
129
835881

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915