Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Muxtar respublikada meyvə-tərəvəz məhsullarının keyfiyyətinə nəzarət diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir. Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir. Naxçıvan Muxtar Respublikasında bu sahənin inkişafı məqsədilə kompleks tədbirlər həyata keçirilir, meyvəçilik və tərəvəzçiliklə məşğul olanlara güzəştli kreditlər verilir, meliorativ tədbirlər görülür, məhsulların satışı üçün yarmarkalar təşkil olunur.  Həmçinin meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılır.

Ardını oxu...

Sahibkarlığın güzəştli maliyyələşdirilməsində yeni mexanizmlər və Elektron Kredit Platformasının təqdimatı keçirilib

İyunun 30-da İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılmış Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib. Brifinqdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov dünya enerji və fond bazarlarında durğunluq, pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirləri barədə məlumat verib.

Ardını oxu...

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin adları açıqlanıb

Yanvar-may aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, Tunis və İran olub.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara əsasən xəbər verir ki, ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 1 milyard 863,7 milyon ABŞ dolları, Tunislə 144,4 milyon dollar, İranla isə 129,3 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən Tunis və Türkiyə ilə ticarət dövriyyəsi artıb, İran ilə azalıb.

Ardını oxu...

Ailə təsərrüfatçısı beynəlxalq aqrovirtual sərgidə iştirak edib

Ötən günlərdə Türkiyə Respublikası Ticarət Nazirliyinin təşkilati dəstəyi ilə beynəlxalq “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi təşkil olunmuşdur. Virtual sərgidə Türkiyə Respublikasının orqanik qida, heyvandarlıq və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən 100-dən artıq şirkəti iştirak etmişdir.

Ardını oxu...

Naxçıvanda yarmarkaya 50 tona yaxın məhsul çıxarılıb

Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının  növbəti satış yarmarkası təşkil olunub. Yarmarkaya muxtar respublikamızın bütün bölgələrindən 220-i artıq ailə təsərrüfatçısı tərəfindən  50 tona yaxın 236 çeşiddə keyfiyyətli məhsullar çıxarılıb. Mövsümlə əlaqədar daha çox gündəlik ərzaq və tələbat malları, xüsusilə də kənd təsərrüfatı məhsulları çoxluq təşkil edib.

Ardını oxu...

Xalçaçılıq sənətinin inkişafı diqqət mərkəzindədir

Şərqin ən qədim və zəngin mədəni mərkəzlərindən biri olan Naxçıvan diyarında digər sahələrlə yanaşı, incəsənət də böyük tarixi inkişaf yolu keçib. Dekorativ-tətbiqi sənətin növlərindən biri olan xalçaçılıq da bu sırada öz yerini alıb. Naxçıvan xalçaları nəinki Azərbaycanda, bütün dünyada öz dəstxəti, süjetli kompozisiyası, ornamentləri, naxışları, bir sözlə, özünəməxsus spesifik xüsusiyyətləri ilə fərqlənir. 

Ardını oxu...

Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 23 iyun tarixinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 28.709 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 117.031 fərdi (mikro) sahibkar, cəmi 145.740 vergi ödəyicisi müraciət edib.

Ardını oxu...

“Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) tərəfindən 30 iyun – 2 iyul tarixlərində “Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək. Tədbirin məqsədi müxtəlif strategiya və mexanizmlər barədə sahibkarları məlumatlandırmaqla pandemiyadan zərər çəkmiş biznes sektorlarına dəstək olmaqdır.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
836079
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
22
60
1939
327
836079

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915